“Qarabağ” Polşa zəfərini əsgər salamı ilə qeyd etdi

“Qarabağ” UEFA Avropa Liqasının pley-off matçında Polşada “Legiya” üzərində qazandığı qələbəni əsgər salamı ilə qeyd edib.

“Report”un məlumatına görə, bu, Varşavadakı “Wojska Polskiego” stadionunda keçirilmiş matçdan sonra baş verib. Azərbaycan komandası Dağlıq Qarabağda erməni işğalçılarına qarşı əks-hücum əməliyyatı keçirən Ordumuza kollektiv olaraq, əsgər salamı ilə dəstək olub.

Qeyd edək ki, 3:0 hesablı qələbə sayəsində “Qarabağ” ardıcıl 7-ci mövsüm Avropa Liqasının qrup mərhələsinə yüksəlib.

ƏvvəlkiAzərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq
NövbətiABŞ Prezidenti Donald Tramp koronavirusa yoluxub