“Qarabağ” “Partizani”yə qalib gəlib

“Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində cavab oyununda “Partizani”yə qalib gəlib.

“Report” xəbər verir ki, “Dalğa Arena”da keçirilən matçda meydan sahibləri qalib olub.

Qeyd edək ki, hər iki qol qarşılaşmanın ikinci hissəsində vurulub. Qolları matçın 51-ci dəqiqədə Filip Ozoviç, 94-cü dəqiqədə isə meydana yenicə daxil olan Dani Kintana vurub.

“Qarabağ” bununla UEFA Çempionlar Liqasının növbəti – II təsnifat mərhələsinə vəsiqə qazanıb. Komanda növbəti mərhələdə İrlandiyanın “Dundalk” və Latviyanln “Riqa” komandalarının qarşılaşmasının qalibi ilə görüşəcək.

ƏvvəlkiŞAMAXIDA QƏDİM MƏSCİD AŞKAR EDİLDİ (və yaxud Şeyx Təmim əl-Dari kimdir?)
Növbəti“Bakı-2019” AGOF-un nəqliyyat marşrutları müəyyənləşib