Qaqauziyaya xüsusi statusun verilməsi gözlənir

Avropa Parlamenti Moldova hökumətini Qaqauziyaya xüsusi statusun verilməsi barədə qanunun qəbulunu tezləşdirməyə çağırıb.

Türk.az xəbər verir ki, bu barədə məlumat Avropa Parlamentinin Beynəlxalq Məsələlər Komitəsinin hazırladığı qətnamə layihəsində yer alıb. Qətnamə layihəsinə düzəlişlərin 7 sentyabrda ediləcəyi açıqlanıb.

Qeyd edək ki, Qaqauz Eli türk əsilli qaqauzların yaşadıqları bölgədir. Moldova Avropa Birliyi ilə assosiativ üzvlük barədə razılaşma əsasında bu regiona xüsusi status verməyi üzərinə götürüb.

Qaqauzlar Avropa Birliyi əleyhdarı kimi tanınır. Belə ki, AB-yə assosiativ üzvlük barədə razılaşma imzalanmazdan öncə Qaqauz Elində referendum keçirilmiş və bölgə əhalisinin 98%-i bu razılaşmanın əleyhinə səs vermişdi. Moldova hökuməti bu referendumu tanımaqdan imtina etmişdi.

ƏvvəlkiPakistanda seçki günü terror aktı törədilib, 22 nəfər ölüb
NövbətiYer və Mars 57.6 milyon kilometrə qədər yaxınlaşmış olacaq:Dünya bu tarixi gözləyir