Qanunsuz ov edənlər cəzalandırılıblar

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdikləri növbəti nəzarət tədbirləri zamanı Oğuz rayonunun ərazisində qanunsuz ov edənlər saxlanılıblar.

Xidmətin rəis müavini Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Qəbələ rayon sakini Cavid Xasmamedov, Ağdaş rayon sakinləri Mehman Veyisov və Namik Qənbərov olduğu müəyyənləşib.

Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və onların hər biri 1500 manat məbləğində cərimələnib.

ƏvvəlkiAzərbaycanda sahibkarlar üçün “KOB növbə” mobil tətbiqi istifadəyə verilib
NövbətiPrezident İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbul edib