Qanunsuz ov edənlər cəzalandırılıblar

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdikləri növbəti nəzarət tədbirləri zamanı Oğuz rayonunun ərazisində qanunsuz ov edənlər saxlanılıblar.

Xidmətin rəis müavini Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Qəbələ rayon sakini Cavid Xasmamedov, Ağdaş rayon sakinləri Mehman Veyisov və Namik Qənbərov olduğu müəyyənləşib.

Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və onların hər biri 1500 manat məbləğində cərimələnib.