Putin və Baydenin görüşü başlayıb

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Cozef Bayden ilk dəfə telekonfrans formatında keçirilən ikitərəfli danışıqlara başlayıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, liderlərin Ukrayna ətrafındakı vəziyyəti və strateji sabitlik məsələlərini müzakirə edəcəyi gözlənilir. Onlar həmçinin regional təhlükəsizlik mövzularına, o cümlədən Əfqanıstandakı vəziyyətə toxuna bilərlər.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun qeyd etdiyi kimi, Putinlə Bayden arasında ünsiyyət kifayət qədər uzun davam edə bilər.

İki lider arasında bugünkü söhbət Baydenin Amerika prezidenti vəzifəsinə başlamasından bugünədək beşinci söhbətdir. Bundan əvvəl iki dövlətin başçıları üç dəfə telefonla danışıblar, iyunun ortalarında isə Cenevrədə təkbətək görüş keçiriblər. Təkbətək söhbət iki saata yaxın davam edib və hər iki tərəfin fikrincə, konstruktiv olub.

ƏvvəlkiBeynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı iddialarını təmin etmədi
NövbətiErmənistan Azərbaycanın iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində addımlarına qarşılıq vermir