Prezident Qazaxda yol tikintisinə 6,8 milyon manat ayırıb

Prezident İlham Əliyev aprelin 22-də “Qazax rayonunun Daş Salahlı–Ürkməzli–Dəmirçilər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

“Report” xəbər verir ki, on üç min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Daş Salahlı–Ürkməzli–Dəmirçilər avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Əvvəlki“Avropa ilə imzalanacaq saziş həyatımızın bütün sahələrinə təsir göstərəcək” – RƏYLƏR
NövbətiEkspert: “Azərbaycanla Ukrayna arasında enerji əməkdaşlığı bundan sonra daha da güclənəcək”