Prezident İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha göstərişinə uyğun olaraq COVID-19 sahəsində çalışan bir qrup xarici mütəxəssis Azərbaycana gəlib

Prezident İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha göstərişinə uyğun olaraq yeni növ koronavirus (COVID-19) sahəsində çalışan bir qrup xarici mütəxəssis Azərbaycana gəlib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətindəki tədbirlər çərçivəsində Rusiya və Türkiyədən gələn infeksion xəstəliklər üzrə mütəxəssislər, reanimotoloq və pulmonoloqlar hazırda Operativ Qərargahın tibbi heyəti ilə görüşlər keçirir, COVID-19 pandemiyasına qarşı görülən tədbirlər sahəsində təcrübə mübadiləsi aparılır.

Türkiyə Respublikasının Səhiyyə Nazirliyinin COVID-19 üzrə elmi heyətinin üzvləri, eləcə də Rusiya və Türkiyədən olan yüksəkixtisaslı həkimlər xüsusi rejimli xəstəxanalarda olacaq, xəstəliyin qarşısının alınması üçün yerli mütəxəssislərlə birgə müalicə və profilaktika sahəsində çalışacaqlar.

ƏvvəlkiMehriban Əliyeva şəhid ailələrinin ev probleminin həlli ilə bağlı göstəriş verib
NövbətiPandemiyadan zərər çəkən sahibkarların kreditlərinə dövlət dəstəyi müəyyənləşdirilib