Prezident İlham Əliyev Yunanıstan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti Prokopis Pavlopulosu Müstəqillik Günü münasibətilə təbrik edib.

Türk.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına daim əmin-amanlıq və rifah arzulayıram.

ƏvvəlkiGəncə-Bakı istiqamətində reysə dəyişiklik edib
NövbətiSabah ölkə ərazisində hava şəraiti dəyişəcək: yağış, qar yağacaq