Prezident İlham Əliyev və Mehriban Əliyeva Azərbaycan xalqını 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə təbrik edib

2019-cu il aprelin 6-da keçmiş Ağdərə rayonu sakini, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib.

“Report” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu münasibətlə Azərbaycan xalqını və uşağın valideyinlərini təbrik edirlər.

ƏvvəlkiBakıda özünü məktəbin 3-cü mərtəbəsindən atan şagird dünyasını dəyişib
NövbətiLənkəranda 17 yaşlı oğlan idman fəndi ilə qətlə yetirilib