Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılarımızı təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılarımızı təbrik edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı tvitterdəki hesabında paylaşım edib.

Paylaşımda deyilir: “İkinci dəfə qızıl medalı ilə bizi sevindirən Raman Salehi, gümüş medal qazanmış Lamiyə Vəliyevanı və bürünc medal mükafatçısı Səid Nəcəfzadəni ürəkdən təbrik edirəm!”.

ƏvvəlkiCeyhun Bayramov Minsk Qrupunun Rusiyadan olan yeni həmsədri ilə görüşüb
NövbətiBirinci vitse-prezident Mehriban Əliyeva “Tokio-2020” Yay Paralimpiya Oyunlarında növbəti medallar qazanan idmançılarımızı təbrik edib