Prezident İlham Əliyev Şəmkir rayonuna səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Şəmkir rayonuna səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Şəmkir şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.

ƏvvəlkiBu gün Od çərşənbəsidir
Növbəti“Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilib