Prezident İlham Əliyev Elizabet Trassı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri təyin olunması münasibətilə təbrik edib

Azərbaycan Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri təyin olunması münasibətilə xanım Elizabet Trassa təbrik məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, məktubda Azərbaycan ilə Birləşmiş Krallığı ənənəvi dostluq və sıx əməkdaşlıq münasibətlərinin birləşdirdiyi, dövlətlərarası əlaqələrimizin, siyasi, iqtisadi-ticari, enerji və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın hazırkı yüksək səviyyəsinin və gündən-günə yeni məzmunla zənginləşməsinin xüsusi məmnunluq doğurduğu qeyd olunur.

“Birləşmiş Krallıq Azərbaycanın ən iri ticarət tərəfdaşlarından biridir. Ölkənizi təmsil edən şirkətlər, o cümlədən neft-qaz hasilatında etibarlı tərəfdaşımız olan BP Azərbaycanda uğurla fəaliyyət göstərir və bir sıra vacib layihələrin həyata keçirilməsində iştirak edirlər. Əməkdaşlığımızın prioritet istiqamətlərdən olan enerji sektorunda uzunmüddətli və məhsuldar işbirliyimiz qlobal enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır”, – deyə dövlətimizin başçısı məktubunda vurğulayır.

ƏvvəlkiTərkibində zərərli bakteriya olan 23 tondan artıq toyuq ayağı məhv edilib
NövbətiMariupol şəhərində güclü partlayış olub