Prezident İlham Əliyev Bakıya gətirilmiş TX modelli yeni “London taksi”ləri ilə tanış olub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında ”Bakı Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin 6 nəfərlik müştəri salonu olan, müasir standartlara cavab verən TX modelli yeni 100 ədəd “London taksi”si vətəndaşlar üçün xidmətə hazırdır.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də yeni taksilərlə tanış olub.

Dövlətimizin başçısına yeni taksilərin xüsusiyyətləri barədə məlumat verildi.

Bildirildi ki, yeni taksilərdə həm sürücülər, həm də sərnişinlər üçün tam təhlükəsiz və rahat şərait təmin olunub.

ƏvvəlkiTürkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycana gəlir
NövbətiAzərbaycan Premyer Liqasının yeni mövsümünün püşkü atılıb