Prezident İlham Əliyev: Azərbaycan və Qazaxıstan beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayır

Biz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayırıq, bütün məsələlərə dair bir-birimizi həmişə dəstəkləyirik və dəstəkləyəcəyik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında deyib.

Dövlətimizin başçısı bildirib ki, biz həm də xüsusən ölkələrimizdən birinin üzv olmadığı təşkilatlarda bir-birimizi dəstəkləyəcəyik. Bu, uzun illər boyu bizim münasibətlərin səmimi xarakterini nümayiş etdirir.

ƏvvəlkiPrezident İlham Əliyev: Heydər Əliyev bizə onun işlərini davam etdirməyimizi vəsiyyət edib
NövbətiErmənistan təxribatı nəticəsində üç hərbi qulluqçumuz şəhid olub