Prezident İlham Əliyev Azərbaycan və Moldova arasında hərbi sahədə əməkdaşlığa dair sazişi təsdiqləyib

Prezident İlham ƏliyevAzərbaycan Respublikası hökuməti və Moldova Respublikası hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Turk.az-ın məlumatına görə, Azərbaycan və Moldova arasında hərbi sahədə əməkdaşlıq haqqında 2017-ci il aprelin 24-də Kişinyov şəhərində və iyunun 12-də Bakı şəhərində imzalanmış saziş təsdiq edilib.

Müdafiə Nazirliyinə sazişin müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.

ƏvvəlkiErməni silahlı bölmələri iriçaplı pulemyotlarla atəşkəsi pozub
NövbətiMasallıda 32 min əhalinin yaşadığı kəndlərin yolları yenidən qurulur