Prezident İlham Əliyev: “Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyanatını müsbət qarşılayır”

“Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyanatı, o cümlədən danışıqlar formatının dəyişdirilməməsi ilə bağlı fikirlərini müsbət qarşılayır”.

Türk.az xəbər veerir ki, bunu Prezident İlham Əliyev martın 12-də Amerika Birləşmiş Ştatlarının Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerin etimadnaməsini qəbul edən zaman deyib.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib, Prezident İlham Əliyev Azərbaycanın münaqişənin həllinə dair beynəlxalq hüququn norma və prinsiplərinə və ədalətə əsaslanan mövqeyini diqqətə çatdırıb.

ƏvvəlkiNazirlik: Müharibə əlillərinin sosial müavinət və təqaüdləri ciddi şəkildə artırılır
NövbətiAzərbaycan Ordusunun təlimləri zamanı döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilib – VİDEO