Prezident: Azərbaycan və Özbəkistan ictimaiyyəti bugünkü danışıqların nəticəsini hər iki ölkədə layihələrin praktiki olaraq reallaşmasında görəcək

Azərbaycan və Özbəkistan ictimaiyyəti bugünkü danışıqların nəticəsini həm Azərbaycanda, həm də Özbəkistanda layihələrin praktiki olaraq reallaşmasında görəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə mətbuata bəyanatında söyləyib.

Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, bu yaxınlarda 500 milyon dollarlıq nizamnamə fondu ilə yaradılan birgə investisiya fondu bu məbləği çox sürətlə mənimsəyəcək və onu artırmaq lazım gələcək.

“Bütün bunlar yenə də ondan xəbər verir ki, biz doğru yoldayıq, prezidentlərin qarşıya qoyduqları vəzifələr yerinə yetirilir. Şavkat Miromonoviçlə bir neçə il əvvəl razılığa gəldiyimiz kimi, biz verilən bütün tapşırıqların icrasına mütəmadi rejimdə nəzarət edirik. Bu, uğurun əsas şərtlərindən biridir”, – deyə Prezident İlham Əliyev əlavə edib.

ƏvvəlkiƏrdoğan: “Türkiyə terror bəlasından xilas olacaq”
NövbətiLənkəranda media nümayəndələri ilə görüş keçirilib