Prezident 3 generalı istefaya göndərib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir sıra ali zabitlərinin həqiqi hərbi xidmətdən istefaya buraxılması haqqında” sərəncam imzalayıb.

Türk.az xəbər verir ki, sərəncamla aşağıdakı ali zabitlər hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılıblar:

general-leytenant Cəbrayılov Asif Mikayıl oğlu

general-leytenant Xəlilov Əsgər Sabir oğlu

general-leytenant Tağı-zadə Fərhad Sabir oğlu.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Əvvəlkiİlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi – YENİLƏNİB
NövbətiGürcüstanda koronavirusa görə nəzarətə götürülənlər arasında Azərbaycan vətəndaşı yoxdur