Polşada qırıcı təyyarə qəzaya uğrayıb

Polşa Hərbi Hava Qüvvələrinə məxsus “MiQ-29” qırıcı təyyarəsi qəzaya uğrayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Polşa Silahlı Qüvvələri Baş Komandanlığının rəsmisi Marek Pavlyak bildirib.

Onun sözlərinə görə, qəza Mazovetsk yaxınlığında baş verib. Pilot katapult edib. M.Pavlyak bildirib ki, pilot hələ tapılmayıb, onun axtarışı davam edir.

ƏvvəlkiŞəhid polislərin əksəriyyətinin vərəsələrinin birdəfəlik ödəmə almaq üçün sənədləri nazirliyə təqdim edilib
Növbəti“Formula 1” qrupu ilə müqaviləni uzatmaqla Azərbaycan 50 milyon dollara qənaət edəcək