PKK-nın qadın bölməsinin rəhbəri məhv edilib

Türkiyə Silahlı Qüvvələrinin və Milli Təhlükəsizlik Təşkilatının Qəndil bölgəsində birgə həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK-ya daha bir sarsıdıcı zərbə vurulub.

AZƏRTAC xəbər verir ki, əməliyyat nəticəsində PKK terror təşkilatının qadın bölməsinin – PAJK-ın rəhbəri Əsmə Erat və onun sürücüsü məhv edilib.

Digər bir məlumatda isə bildirilir ki, İraqda və Suriyadakı PKK düşərgələrindən qaçan iki terrorçu Türkiyə ərazisinə gələrək təhlükəsizlik qüvvələrinə təslim olub.

ƏvvəlkiElina Hacıyevanın ölümünə səbəb olan direktorun şikayəti təmin edilməyib
NövbətiPrezident İlham Əliyev Həsən Ruhani və Vladimir Zelenskiyə başsağlığı verib