Pentaqon Ukraynaya kasetli sursatlar göndərəcəyini bəyan edib

Pentaqon yeni yardım paketinin bir hissəsi olaraq Ukraynaya mübahisəli kaset sursatlarının göndəriləcəyini bəyan edib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kol bildirib.

“Yeni 800 milyon dollarlıq yardım paketinə kaset sursatları da daxil olmaqla 155 mm-lik artilleriya mərmiləri daxildir”,- deyə o bildirib.

Kaset sursatları partlama zamanı bir-birindən ayrılan onlarla kiçik bombadan ibarətdir və qadağandır, çünki partlamamış bombalar döyüş əməliyyatları başa çatdıqdan sonra illərlə mülki əhali üçün risk yarada bilər.

Qeyd edək ki, 2010-cu ildə kasetli sursatlar haqqında konvensiya qüvvəyə minib. O, tərəflər və ya imzalayan 123 dövlətdə onların istifadəsini, istehsalını və yığılmasını qadağan edir. Bununla belə, nə Rusiya, nə də Ukrayna sənədi imzalamayıb.

ƏvvəlkiFərid Qayıbov liviyalı nazir və səfirlə görüşüb
NövbətiBatma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub