Fərid Qayıbov liviyalı nazir və səfirlə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov Liviyanın gənclər naziri Fazalla Əl-Zani və sözügedən ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ali Naseri qəbul edib.

Nazirlikdən “Report”a bildirilib ki, qonaqları salamlayan F.Qayıbov onlara gənclər siyasəti və idman uğurları barədə məlumat verib.

Qonaqlar səmimi qəbula görə təşəkkür ediblər. Görüş zamanı iki ölkə arasında gənclər siyasəti sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

ƏvvəlkiABŞ rusiyalı oliqarxların yarım milyard dollardan çox aktivlərini dondurub
NövbətiPentaqon Ukraynaya kasetli sursatlar göndərəcəyini bəyan edib