Pentaqon Qarabağ Bəyanatına münasibət bildirdi

“Azərbaycan, Rusiya və Ermənistanın liderlərinin üçtərəfli Bəyanatının nəticəsinə əsasən nail olunmuş Dağlıq Qarabağda hərbi əməliyyatların tam dayandırılması haqqında razılaşmaya hazırda riayət edilir və Amerika tərəfi hadisələrin belə inkişafını alqışlayır”.

“Report” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Conatan Hoffman jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

“Xoşbəxtlikdən deyə bilərəm ki, indi Azərbaycan və Ermənistan arasında göründüyü kimi, bu mərhələdə riayət edilən sülh razılaşması var”, – o deyib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair Bəyanatı noyabrın 10-da imzalayıblar.

ƏvvəlkiAzərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub
NövbətiPrezident İlham Əliyev Kəlbəcərin işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib