Paytaxtda sürücülər arasında kütləvi dava baş verib

Bakıda avtobus sürücüləri arasında kütləvi dava baş verib.

Türk.az Trend-ə istinadən xəbər verir ki, hadisə ötən gecə saat 23:00 radələrində, Bakı Metropoliteninin “Əhmədli” stansiyası yaxınlığında baş verib.

Şahidlərin verdiyi məlumata görə, dava avtobus və minik maşınının sürücüləri arasında yaranıb. Daha sonra minik maşınının iki sərnişini və avtobusda olan bir nəfər də davaya qoşulub. Səbəb sürücülərin bir-birinə yol verməməsi olub.

Sonda ətrafda olan insanlar onları ayıraraq davaya son qoyublar.

Əvvəlkisürücülərin davası
NövbətiQüdrət Şükürov