Paytaxtda avtomobil yanıb

Paytaxtın Yasamal rayonunda Kənar dairəvi yolda “Niva” markalı avtomobil yanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ilkin məlumata görə avtomobilin matorxanasında alışma qısa qapanmadan baş verib. Xəsarət alan yoxdur.

Araşdırma aparılır.

ƏvvəlkiSudandan 26 Azərbaycan vətəndaşının ölkəmizə təxliyəsi həyata keçirilir
NövbətiAzərbaycan nümayəndə heyəti Vanı ziyarət edib