“PAŞA Holding” və onun törəmə şirkətləri Türkiyəyə dəstək məqsədilə 1 milyon dollar ianə edib

Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində minlərlə insanın həlak olması, yaralanması və evsiz qalması ilə əlaqədar Azərbaycandan qardaş ölkəyə yardım göstərilməsi davam edir.

“Report” AZƏRTAC-a istinadən xəbər verir ki, “PAŞA Holding” və onun törəmə şirkətləri zəlzələdən zərər çəkmiş şəxslərə dəstək məqsədilə Türkiyənin iki önəmli yardım fonduna – AHBAP-ın və Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) hər birinə 500 min dollar olmaqla ümumilikdə 1 milyon dollar ianə edib.

“Bütün şirkətlər qrupumuz adından həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına başsağlığı verir, yaralananların tezliklə sağalmasını və zəlzələnin nəticələrinin qısa müddətdə aradan qaldırılmasını arzulayırıq”, – deyə “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov bildirib.

ƏvvəlkiPentaqon: “ABŞ İranın regionda yaratdığı problemin fərqindədir”
NövbətiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 21 yoluxma faktı qeydə alınıb