Parlament seçkiləri ilə əlaqədar 210-dan çox beynəlxalq müşahidəçi akkreditasiyadan keçirilib

“Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün 210-dan çox beynəlxalq müşahidəçi akkreditasiyadan keçib”.

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.

Onun sözlərinə görə, beynəlxalq müşahidəçilərin MSK-ya müraciətləri davam edir: “Ümid edirik ki, beynəlxalq müşahidəçilərin sayı daha da artacaq. Bildiyiniz kimi, seçkilərdə bütün respublika ərazisində müşahidə aparmaq üçün ərizələr Mərkəzi Seçki Komissiyasına səsvermə gününə 10 gün qalanadək davam edir. Beynəlxalq müşahidəçilərin də akkreditasiyası həmin günədək davam edəcək və onların sənədlərinin Mərkəzi Seçki Komissiyasına daxil olması bu günlərdə daha da intensivləşəcək”.

ƏvvəlkiNaxçıvan Qarnizonu qoşunlarında müxtəlif ixtisaslar üzrə toplantılar keçirilir
NövbətiAŞPA-nın müşahidə missiyasının üzvləri parlamentdə təmsil olunan partiyaların nümayəndələri ilə görüşüb