Palata rəhbəri: “Pakistan Azərbaycandan sərmayə cəlb etmək niyyətindədir”

“Pakistanın iş adamları azərbaycanlı həmkarları ilə əməkdaşlıq qurmaqda çox maraqlıdırlar”.

“Report” xəbər verir ki, bu barədə Pakistanın Xayber Paxtunxva əyalətinin Sənaye Ticarət Palatasının prezidenti Feyzi Məhəmməd jurnalistlərə bildirib.

“Bakıya bizimlə Pakistanın müxtəlif sahələrə mənsub 150-dən çox sahibkar, habelə rəsmi şəxslər gəlib. Burada bir sıra səmərəli görüşlər keçirərək regionumuzun potensialını nümayiş etdirməyi nəzərdə tuturuq. Əyalətimiz çox zəngindir, böyük neft və qaz yataqlarımız var. Odur ki, Azərbaycandan sərmayə cəlb etmək istərdik”, – palata rəhbəri vurğulayıb.

Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmənd də işgüzar və sərmayə əlaqələrinin daha da gücləndirilməsində maraqlı olduqlarını dilə gətirib: “Azərbaycan Pakistan üçün olduqca cazibədar və maraqlı ölkədir”.

Xayber Paxtuinxva əyalətinin Sənaye Ticarət Palatasının vise prezidenti Zahid Şinvari ölkənin neft ehtiyaclarının 50 faizini ödədiklərini deyib: “Belə ki, sözügedən sahədə əməkdaşlıq baxımdan missiyamızın xüsusi əhəmiyyət daşıdığını söyləmək olar”.

Qonaq pakistanlı sahibkarların əczaçılıq sahəsinə də böyük maraq göstərdiklərini bildirib.

ƏvvəlkiCahangir Hacıyevə hökm oxunub – YENİLƏNİB
NövbətiTbilisidən Azərbaycan sərhədinə qədər avtomobil yolunda “ağıllı kameralar” quraşdırılıb