Pakistanın Baş naziri Azərbaycan Prezidentinə təşəkkür edib

Azərbaycan və Pakistan xalqları arasında unikal dostluq bağları var.

“Report” xəbər verir ki, bunu yenidən Pakistanın Baş naziri seçilən Şahbaz Şərif “X” hesabında yazıb.

O, təbrikə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Qeyd edək ki, Ş.Şərif martın 3-də növbəti dəfə hökumət başçısı seçilib. Prezident İlham Əliyev martın 4-də Ş.Şərifi təbrik edib və onu Azərbaycana səfərə dəvət edib.

ƏvvəlkiAzərbaycan cüdoçusu Qran-Pri turnirində gümüş medal qazanıb
NövbətiAsif Əli Zərdari yenidən Pakistan Prezidenti seçilib