Pakistanda partlayış baş verib, çox sayda xəsarət alan var

Pakistanın Pencab əyalətində partlayış baş verib.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, Ravalpindi şəhərində baş verən partlayış nəticəsində azı 25 nəfər xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlardan üçünün vəziyyəti ağırdır.

Partlayışın səbəbi barədə məlumat verilmir. İnsidentlə bağlı araşdırma aparılır.