Çeçenistanda sutka ərzində 5 dəfə zəlzələ olub

Çeçenistan Respublikasında 3,8 bal gücündə zəlzələ baş verib.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Urus-Martan rayonunda yerləşib. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Bildirilir ki, saat 16:36-da qeydə alınan zəlzələ son sutka ərzində Çeçenistan Respublikasında baş verən 5-ci zəlzələdir. Daha əvvəl saat 00:30-da 5,6 bal gücündə, saat 12:15-də 3,7 bal gücündə, saat 14:40-da 4,1 bal gücündə, saat 15:08-də 3,1 bal gücündə zəlzələlər baş verib.

Əvvəlkiİqor Korotçenko: Meşələrdə gizlənən ermənilərə terrorçular kimi baxılmalıdır
NövbətiPakistanda partlayış baş verib, çox sayda xəsarət alan var