Pakistanda avtobus qəzasında 10 nəfər ölüb, 15 nəfər yaralanıb

Pakistanın şimal-qərbində yerləşən Hayber-Paxtunxva əyalətinin Haripur rayonunda avtobusun dərəyə aşması nəticəsində azı 10 nəfər ölüb, 15 nəfər isə yaralanıb.

AZƏRTAC “The international news” saytına istinadla xəbər verir ki, xilasetmə xidmətinin məlumatına görə, qəzaya sürücünün sürət həddini aşması səbəb olub.

Həkimlər yaralılardan üçünün vəziyyətini ağır qiymətləndirir. Ölənlərin sayının artacağı istisna edilmir.

ƏvvəlkiPrezident Administrasiyasının rəhbəri Samir Nuriyev yeni vəzifəyə təyin olunmuş ədliyyə nazirini kollektivə təqdim edib
NövbətiPrezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib