Pakistan 520-dən çox Əfqanıstan vətəndaşını həbsdən azad edib

Pakistan hakimiyyəti 100-ə yaxın uşaq da daxil olmaqla 520-dən çox Əfqanıstan vətəndaşını həbsdən azad edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Əfqanıstanın Pakistandakı səfirliyi məlumat yayıb.

“Bu gün, şənbə günü Əfqanıstanın İslamabaddakı səfirliyi və ölkənin Kəraçidəki baş konsulluğunun səyləri nəticəsində 54-ü qadın və 97-si uşaq olmaqla, 524 əfqan həbsxanadan azad edilib”, – səfirliyin məlumatında deyilir.

Qeyd olunur ki, məhbusların bütün nəqliyyat, yemək və geyim xərcləri Əfqanıstanın səfirliyi və konsulluğu tərəfindən ödənilir.

ƏvvəlkiLəğv prosesində olan 2 bankın daşınmaz əmlakları satışa çıxarılıb
NövbətiSahibə Qafarova Türkiyədə səfərdədir