Özbəkistanda karantin rejimi yenidən gücləndirilir

Martın 16-dan Özbəkistanda karantin rejimi yenidən gücləndirilib.

AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Daşkənddə COVID-19-a yoluxma halı günbəgün artır.

Sabahdan şəhərə maskasız çıxan adamlar 1,2 milyon sum (təxminən 115 dollar) dəyərində cərimə olunacaqlar.

Karantin rejimi bazarlarda və ticarət mərkəzlərində də gücləndirilib.

Daşkəndin Mirzə Uluqbek, Çilanzar və Yunusabad rayonlarında yoluxma sayı daha çox olduğundan bu rayonların bütün məktəbləri 14 gün müddətinə onlayn tədris sisteminə keçirilib.

Koronavirusla bağlı Xüsusi Respublika Komissiyasının yaydığı məlumata görə, bu ayın sonunadək paytaxtda epidemioloji vəziyyət sabitləşməsə aprelin 1-dən respublikada kütləvi tədbirlərin keçirilməsi qadağan ediləcək.

ƏvvəlkiPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli və Xocavənd rayonlarında olublar
NövbətiBu gün Əfv Komissiyasının sonuncu iclası keçiriləcək