Özbəkistanda COVID-19-a yoluxanların sayı 833-ə çatıb

Aprelin 12-də axşam saatlarında Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 66 nəfər artaraq 833-ə çatıb.

AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu gün daha 19 xəstənin sağaldığı elan edilib və onlar reabilitasiya mərkəzinə göndərilib. Beləliklə ölkədə bu virusdan sağalanların sayı 61-ə çatıb, dörd xəstə isə dünyasını dəyişib. Xəstəliyə yeni yoluxanlar karantində olanların hesabına artıb.

Hazırda Özbəkistanda stasionar və ev şəraitində karantin keçənlərin sayı 90 min nəfərdir.

ƏvvəlkiSəudiyyə Ərəbistanında koronavirusa rekord yoluxma qeydə alındı
NövbətiAzərbaycanlı bəstəkarın mahnısı “Survivor”da – Bu axşam canlı ifa ediləcək -FOTOLAR