Özbəkistan Prezidenti Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib.

“Report”un Daşkəndə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, o, bu barədə Özbəkistanın paytaxtında keçirilən ECO sammiti çərçivəsində bildirib.

Prezident, həmçinin Azərbaycanın 44 günlük müharibə nəticəsində ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinin vacibliyini vurğulayıb.

ƏvvəlkiŞimali Kipr Azərbaycan dövlətini və xalqını təbrik edib
NövbətiDaşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısı keçirilir Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir