Özbək teatrı Bakıya “Qayınana” tamaşası ilə gəlib

Özbəkistanın Səmərqənd Vilayətinin Kattakurqan Dövlət Dram Teatrının bir qrup əməkdaşı Bakıya qastrola gəlib. Bu sənət ocağının kollektivi özlərinə məxsus tamaşa ilə Bakı səhnəsində çıxış edəcəklər.

Bu barədə AZƏRTAC-a Azərbaycan Dövlət Akademik Musiqili Teatrdan məlumat verilib.

Bildirilib ki, bu gün Musiqili Teatrın səhnəsində özbək dilində “Qayınana” tamaşası göstəriləcək.

Bundan əlavə, teatrsevərlər dekabrın 4-5-də eyni məkanda həmin tamaşanı yenidən izləyə biləcəklər.