Ötən il Azərbaycanda istehsalatda 465 bədbəxt hadisə baş verib, 78 nəfər ölüb

Ötən il Azərbaycanda istehsalatda 465 bədbəxt hadisə baş verib.

“Report”un məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiə nazirinin müavini Anar Əliyev 2023-cü ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmin hadisələr nəticəsində 78 nəfər ölüb, 431 nəfər xəsarət alıb.

ƏvvəlkiBakının Baş planının təqdimatı olub
NövbətiRespublika uşaq rəsm yaradıcılıq turnirinə qeydiyyat başlayıb