Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzində görüş keçirilib

3 aprel 2023-cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzində görüş keçirilib. Tədbirin məqsədi Mərkəzi Gömrük Hospitalı ilə Koordinasiya Mərkəzi arasında əlaqələri möhkəmləndirmək, qarşılıqlı fəaliyyət prosedurlarını razılaşdırmaq idi.

Görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova, sədr müavini Azər Dəmirov, Mərkəzi Gömrük Hospitalı Orqan Transplantasiyası şöbəsinin rəisi Mircəlal Kazımi, həkim-transplantoloq Kamran Beydullayev, həkim-nefroloq Elnur Fərəcov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Hüquq şöbəsinin baş inspektoru Şahlar Misgərli, Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalında Transplantasiya işinin təşkili üzrə koordinator Azad Əhmədov, Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin Mərkəzi Gömrük Hospitalı üzrə koordinatoru Hümmət Əhmədov iştirak edirdilər.

Tədbirin gedişində orqan transplantasiyası sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı fikirlər səsləndirildi, iş prosesində yaranan suallara aydınlıq gətirildi. Qarşılıqlı hörmət və anlaşma şəraitində keçən görüşdə əlaqələrin bundan sonra da yüksək səviyyədə davam etdirilməsi barədə razılığa gəlindi.

ƏvvəlkiKənd Təsərrüfatı Nazirliyinin əməkdaşına yeni vəzifə verilib
NövbətiLaçın-Xankəndi yolundakı aksiya 114 gündür davam edir