Ölkədən xarici valyuta və zərgərlik məmulatının qanunsuz çıxarılmasının qarşısı alınıb

Gömrükçülər külli miqdarda xarici valyuta və zərgərlik məmulatının ölkənin gömrük sərhədindən düzgün bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən “Report”a verilən məlumata görə, Komitənin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunda Türkmənistana getmək istəyən bu ölkənin vətəndaşları saxlanılıb və hərəkətləri şübhə doğurduğu üçün onlarla fərdi şəkildə sorğu-sual aparılıb.

Nəticədə, həmin vətəndaşların birindən 30 000 ABŞ dolları, digərindən isə ümumi çəkisi 288,38 qram təşkil edən qızıl-zinət əşyaları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

ƏvvəlkiGürcüstan parlamentinin qarşısında etiraz aksiyası başlayıb
NövbətiBu il nikaha daxil olmaq istəyən 2313 nəfərdə talassemiya daşıyıcılığı, 142 nəfərdə sifilis aşkarlanıb