Ölkədə bankomat və POS-terminalların sayı artıb

Birinci yarımildə kart infrastrukturunun inkişafında müsbət tendensiya müşahidə edilib.

AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, iyulun 1-nə ölkədə 2867 bankomat, 60 min 381 ədəd POS-terminal mövcud olub ki, qeyd olunan göstəricilər üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,9 faiz və 8,1 faiz artım müşahidə olunub. Təmassız ödənişləri qəbul edən POS-terminalların sayı ümumi POS-terminalların 52,9 faizini təşkil etdiyi halda, cari ilin müvafiq dövrünə bu göstərici 64,9 faiz olub. Ödəniş terminallarının, o cümlədən bankomatların sayında da artım müşahidə olunur. Belə ki, 2021-ci ilin I yarısının sonuna banklar tərəfindən quraşdırılmış bankomatların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 8 faiz artaraq 2867, ödəniş terminallarının sayı isə 17 faiz artaraq 1978 ədəd təşkil edib.

Əvvəlkiİnformasiya texnologiyaları üzrə texniki dəstək operatoru istiqamətində təlimlər keçiriləcək
NövbətiBanqladeşdə ildırım toy mərasiminin 16 iştirakçısını vuraraq öldürüb