Ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 727 min 510-na çatıb

Mayın 12-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 21 min 604 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 5008, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 16 min 596 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 727 min 510-na çatıb. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 14 min 495, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 713 min 15 nəfərdir.