Oğuzda yol qəzası olub, xəsarət alan var

Oğuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayon ərazisində baş verib.

Belə ki, rayonun Padar kənd sakini, 1957-ci il təvəllüdlü İkram Mürvət oğlu Abdullayevin idarə etdiyi motosikletlə “Mercedes” markalı avtomobil toqquşub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan motosikletin sürücüsü, 62 yaşlı İ.Abdullayev Oğuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralıya sol baldır oynağının çıxığı, bazu başının sınığı və sifətin sıyrıqları diaqnozu qoyulub, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

ƏvvəlkiMalayziyanın Baş naziri Azərbaycana gələcək
NövbətiPrezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrini qəbul edib YENİLƏNƏCƏK