Oğuzda yanğın başlayıb

Oğuz rayonunun Calut kəndi ərazisindəki əkin sahələrində yanğın baş verib.

AZƏRTAC xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) regional idarəsinin rəisi Akif Məmmədovun sözlərinə görə, hazırda ETSN-in yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və yaxınlıqda yerləşən meşə ərazisinə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür.

“Son günlər havanın isti və quraq keçməsi təbiət ərazilərində yanğının başvermə ehtimalını artırır. Bunu nəzərə alaraq, hər kəsdən, o cümlədən meşə ərazilərinə yaxın kəndlərin əhalisindən, təbiət qoynunda istirahət edən turistlərdən xahiş edirik ki, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsin, odla ehtiyatlı davransınlar, söndürülməmiş siqaret kötüklərini ətrafa atmasınlar”,- deyə Akif Məmmədov qeyd edib.

ƏvvəlkiMardində ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı 16-ya yüksəlib
NövbətiÇin ciddi endirimlərlə rekord həcmdə Rusiyadan kömür alır