Nyu-Yorkda ilin ən isti temperaturu qeydə alınıb

Son iki gündə ABŞ-ın Nyu-York şəhərində bütün zamanların ən yüksək temperaturu (48°C) qeydə alınıb.

“Report”un ABŞ bürosu xəbər verir ki, Nyu-York meriyası isti havanın təhlükə yaratdığı barədə xəbərdarlıq edib. İstilik xəbərdarlığı Nyu-York ətrafında beş ştat və üç əyalət ərazisi üçün sentyabrın 7-i axşam saat 19:00-a qədər qüvvədədir.

Açıq hava gəzintilərinin təşkil olunduğu bir çox yaz məktəbləri fəaliyyətini dayandırıb. Bir çox iş yerləri bağlanıb. Şəhərdəki soyutma mərkəzləri barədə meriyanın internet saytında məlumatlar yerləşdirilib.

Şəhər sakinləri Atlantik okeanın və Hudson çayının sahillərinə axın ediblər.

BMT-nin Ümumdünya Meteorologiya Təşkilatının (WMO) məlumatına görə, sabahdan etibarən istilik indeksi aşağı enəcək və temperatur bir qədər normallaşacaq. Məlumatda o da qeyd olunur ki, 2023-cü ildə yer kürəsi tarixin ən isti üç ayını yaşayıb.

ƏvvəlkiBinyamin Netanyahu və Hikmət Hacıyev arasında görüş baş tutub
NövbətiFaktiki hava: Zaqatalaya diametri 25 millimetr olan dolu düşüb