Nurməhəmmədov Makqreqoru qonaq çağırdı

Yüngül çəkidə UFC üzrə dünya çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanap Nurməhəmmədov ünvanına səsləndirdiyi təhqirlərə görə Konor Makqreqoru bağışladığını açıqlayaraq, onu Dağıstana döyüş sambosu üzrə dünya çempionatına dəvət edib.

Axar.az xəbər verir ki, bu barədə Nurməhəmmədov Feysbuk hesabında canlı yayım zamanı danışıb.

“Növbəti dəfə turnirin fəxri qonağı kimi dostumuz Oleq Taktarovu və Makqreqoru dəvət edirəm. Onun bütün təhqirlərini bağışladım”, – Əbdülmanap Nurməhəmmədov bildirib.

ƏvvəlkiHəbib Nurməhəmmədov və Konor Makqreqor
NövbətiBələdiyyələrin qəbiristanlıqlar salması ilə bağlı vəzifələri müəyyənləşdirilib