Həbib Nurməhəmmədov Konor Makqreqor ilə revanş döyüşündən imtina etdi

UFC turniri üzrə yüngül çəkili çempion Həbib Nurməhəmmədov irlandiyalı döyüşçü Konor Makqreqor ilə revanş döyüşündən imtina edib. Xatırladırıq ki, 6 oktyabr tarixində Həbib Konora qalib gələrək dünya çempionu titulunu qoruyub saxlamışdı.

Konor Makqreqorun komandası Həbib Nurməhəmmədova 15 milyon ABŞ dolları ödəniş edərək  qarşılaşmanı yenidən təşkil etmək istəsədə bu cəhd uğursuz olub.

Həbib “yox” deyərək Konora öz növbəsini gözləməyi məsləhət görüb. “Dünya çempionu indi Toni Feryunsonla döyüşərək, öz karyerasını bitirmək istəyir” – bu barədə Həbibin əmisi Aleks Nurməhəmmədov mətbuata açıqlama vermişdir.

ƏvvəlkiŞəkidə biçilmiş taxıl sahəsini yandıran şəxs məsuliyyətə cəlb olunub
Növbətikeçmiş deputatlar