Nur-Sultanda Ramazan ayında kütləvi tədbirlər qadağan edilib

Qazaxıstanın Akmola bölgəsində, Qərbi-Qazaxıstan vilayətində və Nur- Sultanda müqəddəs Ramazan ayında kütləvi tədbirlərin keçirilməsi qadağan edilib.

AZƏRTAC xəbər verir ki, ərazi sanitar baş həkiminin qərarı ilə Ramazan ayı ərzində dini obyektlərin (məscidlər, kilsələr, sinaqoqlar və s.) fəaliyyətinə ən azı 4 kvadratmetr nisbətində fərdi olaraq icazə verilir.

Ramazan ayında məscidlərdə kollektiv ibadət, cümə namazı və beş vaxt namaz qılmaq, həmçinin eyni ailənin üzvləri arasında iftar istisna olmaqla, kollektiv iftar keçirilməsi qadağan edilib.

Dini müəssisələrdə yerləşən iaşə müəssisələrinin fəaliyyəti də qadağandır.

Qərar bugündən qüvvəyə minib.

Əvvəlki“Saudi Aramco”nun obyektləri yenidən husilərin hücumuna məruz qalıb
NövbətiNəsimi rayonunda 35 min abonentin təbii qaz təchizatı yaxşılaşdırılır