Noyabrın 30-da Azərbaycanda COVID-19 əleyhinə 571 doza vaksin vurulub

Noyabrın 30-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 571 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 199, ikinci doza vaksinlərin sayı 130, üç və daha çox doza vaksinlərin sayı 195, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 47-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 922 min 356, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 392 min 844, ikinci mərhələ üzrə 4 milyon 873 min 962, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 391 min 605, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 263 min 945-dir.